|
Eynək sənayesi artıq çoxdan moda sənayesinin bir hissəsi olmuşdur və sonuncu kimi aktual moda cərəyanlarından asılı olaraq dəyişmələrə məruz qalmışdır.
Bu gün biz sizə bu mövsümdə 2006-cı ildə modada olan eynəklərin formaları, materialları, rəngləri, onların işlənməsi ilə tanış olmağı təklif edirik.
Forma- düzbucaqlı formadır, aktual və üstün olsa da, öz mövqeyini tədricən daha zərif (qadın sağanaqları üçün) konstruksiyalara - oval, kəpənək, iynəcəyə verir. Fantaziya formalı - asimmetrik və qəribə eynəklərin yaradılması tendensiyası yaranır. Dizaynerlərin həcm və dairələrlə oynadıqları, indiyə kimi görünməmiş modellər çoxdur - linzalar gah sağanağın qabağında, gah onun arxasında olur, gah haşiyədən kənara çıxır, gah da əksinə orada özünəməxsus balaca pəncərələr qoyularlar.
Sağanaqlar üçün materiallar - ən etibarlısı əvvəlki tək təbii materiallar (buynuz, ağac) və qiymətli metallardır. Titan praktik olaraq bütün kolleksiyalar üçün mühüm olur. Onların hər birində bu materialdan olan modelləri tapmaq olar.
Rəngi dəyişmək asandır, buna görə də sağanaq kolleksiyaları həmişə qarşıdakı mövsüm geyimlərində modada olan rənglərə uyğun olaraq rənglənir. Daim modada olan ağ və qara və onların sağanaqda olan kombinasiyaları ilə yanaşı, çəhrayının bütün çalarları - solan qızılgüldən tutmuş fuksiyayadək, bənövşəyi, gavalı və artıq neçə mövsüm podiumlardan düşməyən qırmızı bu mövsümdə aktualdır. Noxudu çəhrayı - bu payızın ən aktual və zərif rənglərindən biridir.
Bir neçə fəsil əvvəl liderliyi ələ alaraq, strazlar (saxta almazlar) öz mövqelərini əldən verməyə hazırlaşmırlar. Strazlar doğrudan da bütün dünyanı və bütün kolleksiyaları ələ almışlar: qulaq arxasına düzülür, sağanaqda çətin naxışlar yaradır, loqotip hərflərinə düzülür və burnun üst hissəsini bəzəyir. Strazlarla yanaşı təbii materiallar (ağac, buynuz, sümük), lak, yüksək qiymət kateqoriyalı sağanaqlar üçün – bahalı və yarıbahalı daşlar.
Fərdilik. Əlbəttə, ən çətini - mövsüm fəslini deyil, hər bir markanın fərdi üslubunu verməkdir. Lakin orada da dizayner-optiklər hər hansı detalı tapmağa müvəffəq olurlar. Bu detal ətrafında onlar Robert Kavallinin kiçik ilan, Marc Jacobsun «qıfılcıq» obrazını, Con Riçmondun rok-n-roll üslubda kitabəsini yenidən qururlar. Zərgərlik evlərinin və ya digər zinət əşyalarının adlarını daşıyan kolleksiyalarda bu cür detalı axtarırlar: Boucheronun üzən strazlar və ya gözəl Lamborgini avtomobilinin stilləşdirilmiş podşipniki. Əlbəttə, loqotiplər də vardır… Dünya dəyişkəndir, və optik bazar ona uyğunlaşmağa can atmalıdır.
ANAR OPTİK hər bir insana onun həyat tərzinə maksimal şəkildə uyğun olan və öz fərdiliyini tam ifadə etməyə imkan verən eynəkləri seçmək imkanı verir. Siz yalnız seçiminizi edin!
|