Optik şüşələr          
   


Şüşələr optikada böyük rol oynayır. Şüşələri seçəndə insanlar seçim qarşısında qalır. Bilmir üzvi şüşə seçsin ya mineral. Biz müştərilərimizə şüşələr haqqında tam məlumat veririk. Bizim şüşələr "Carl Zeiss", "Sola", "Hoya", "Seiko" kimi məşhur firmalar tərəfindən istehsal olunur və keyfiyyətə görə onlar rusiya və çin şüşələrindən üstündür. Biz bu şüşələri müasir və təkmilləşmiş apparatların köməyi ilə maksimal dəqiqliklə çərçivəyə qoyuruq. "Carl Zeiss" ilə əməkdaşlıq ANAR OPTİK firmasının əməkdaşlıq əlaqələrində böyük rol oynayır. "Carl Zeiss"-in məhsullarının sayəsində biz bazarda möhkəm yer tuta bilmişik. Artıq 150 ildir ki "Carl Zeiss" firması optika cihazları və dəqiq mexanika sahəsində bütün dünyada tanınmışdır. "Carl Zeiss" gözlə bağlı problemlərin fərdi həllini təklif edir. "Carl Zeiss" linzalarının mal nişanı bütün dünyada yüksək keyfiyyətin təminatı deməkdir.

Siz “Optiswiss” eynək linzalarını «Carl Zeiss» linzaları kimi yalnız ANAR OPTİK optik salonlarında əldə edə bilərsiniz. “Optiswiss” firması İsveçrədə bütün beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq istehsal edilmiş eynək linzaları ilə təchiz edir.

Bazeldə 1937-ci ildə əsası qoyulmuş “Optiswiss” firması – İsveçrə optik linzalar sektoru şirkətləri arasında «pionerdir». On illiklər ərzində uzun müddətli inkişaf nəticəsində “Optiswiss” firması bu gün İsveçrədə optik linzaların aparıcı istehsalçısıdır.

Üzvi şüşələr
yüngül və sınmayandır. Hal-hazırda bütün dünyada üzvi şüşələr onların yüngüllüyü və təhlükəsizliyinə görə istifadə olunur. Yüksək refraksiyalı (4-5 dioptriyadan yuxarı) eynəklərdə linzaların materialı mühüm əhəmiyyət kəsb edir. Əgər siz yüngül eynək istəyirsinizsə, onda siz üzvi linza seçməlisiniz. Onlar keyfiyyət standartlarını qoruyub saxlayarkən mineral linzalardan yüngüldür. Üzvi şüşələrin yeganə nöqsanı ondadır ki, onlar cızılır. Lakin siz onlardan səliqəli istifadə etsəniz bu baş verməz. Üzvi şüşələrə xüsusi apparatlarla ton da verə bilərsiniz.

Anti-işıq örtüklər
Bu gün istehsalçı-şirkətlər kompüter istifadəçiləri üçün eynək linzalarının müxtəlif örtüklərini təklif edir. Əgər bir şəxs közərmə lanpasının işığında işəlyirsə, onda ona işıqlandırıcı örtüklü eynək linzaları lazımdır. Bu örtüklərin sayəsində linzaların keyfiyyəti yaxşılaşır, onlar demək olar ki görünməz olurlar, istifadəçi isə mane olan əks etmədən azad olur. ANAR OPTİK salonlarında anti-işıq örtüklü eynək linzalarını sifariş etmək olar. Əgər bu linzalardan istifadə etsəniz siz mütləq fərqi görəcək və bundan sonra da bu eynək linzalarından istifadə edəcəksiniz.

Fotoxrom linzalar Ultrafiolet işığının təsiri altında qaralan və onun olmadığında ağaran linzalara fotoxrom (buqələmun) linza deyilir. Fotoxrom linzalar dəyişən işıq şəraiti ilə uyğunlaşır və müxtəlif şəraitdə etibarlı müdafiə təmin edir. Optimal göz korreksiyasını və günəş şüalarından etibarlı müdafiəni təmin edən eynək əldə etmək istəyən alıcılar fotoxrom eynək linzaları alır. Bu gün fotoxrom linzalar çox müxtəlifdir.

Proqressiv linzalar Gözün bütün zonaları üçün olan linzalara proqressiv linzalar deyilir. Onlar estetik, sərfəli və rahatdır. Proqressiv linzalı eynək iki eynək birdən (biri uzaq üçün, o biri isə oxumaq üçün) lazım olan, həmçinin bir zona üçün (uzaq və ya yaxın) yaxşı görmə qabiliyyəti olan, hər dəfə eynəyi çıxarıb geymək istəməyən adamlara məsləhət görülür. Siz baxışınızı uzaqlaşdırılmış, orta uzaqlıqda olan obyektlərə, sonra isə lap yaxında yerləşənlərə yönəltdikcə müntəzəm, pilləsiz, və ya optik qüvvənin tədricən artması - onların əsas fərqli cəhətidir.

Optika aləmində yeni.
RELAXED VİSİON TERMİNAL: MİNİMAL SƏYLƏ MƏRKƏZƏ UYĞUNLAŞMAİ

Əgər linzalar sağanaqda dəqiq quraşdırılmamışsa, Sizin yeni eynəkləriniz nə cür yaxşı ola bilər? Mərkəzə uyğunlaşma zamanı ümumi səhvlər eynək linzasında 40%-dən çox faydalı görünüşün itirilməsinə gətirib çıxarır. Sağanaqda eynək linzaların dəqiq mərkəzə uyğunlaşması - eynəklərin seçilməsi və göz həkimi tərəfindən reseptin yazılması anından - ustanın eynəkləri hazırlamasına qədər eynək üçün sifarişin yerinə yetirilməsi zəncirində vacib halqalardan biri sayılır.

«Carl Zeiss» şirkəti linzaların dəqiq mərkəzə uyğunlaşmasının sadə həllini təklif edir. Bundan sonra mərkəzə uyğunlaşma proseduru bizim üçün sadə və dəqiq olmuş, Sizin üçün yorucu olmamışdır. Sağanaqları çox geyib baxdıqdan sonra ən nəhayət optik-konsultantdan alınmış sağanağı nişanlamağa müştərinin praktik olaraq qüvvəsi qalmır. ANAR-OPTİKİN VİP-salonunda görə biləcəyiniz linzaların mərkəzə uyğunlaşdırılması üçün «Carl Zeiss» şirkətindən yeni alət - «Relaxsed Vision Terminal» («RV Terminal) cihazı bizə tez və düzgün nişan qoymaqda kömək edir.

  • “Relaxed Vision” terminalının əsas funksiyaları:
  • Eynək linzalar və sağanaqları üzrə məsləhət M
Proqressiv linzaların tez və dəqiq nişanlanmasından sonra bu cihazın köməyi ilə biz sizə linza və sağanaqlar barədə ətraflı məsləhət verə bilərik.

“Relaxed Vision Terminal”-ın köməyi ilə məsələn, “Gradal Individual” və ya “Gradal Short” fərdi proqressiv linzaların sifarişi üçün lazım olan aşağıdakı məlumatlar bir neçə saniyə ərzində çıxarıla bilər.
  • təpəarası,
  • sağanağın mailliyinin pantoskopik tini,
  • hər bir göz üçün ayrıca bəbəkarası məsafə.
Bununla yanaşı, biz Sizin seçdiyiniz sağanaqda onun bütün parametrlərini və bəbəklərin vəziyyətini müəyyən edə bilərik.

İndi isə biz videoməsləhətin funksiyası barədə ətraflı danışmaq istəyirik. “Relaxed Vision Terminal” cihazının köməyi ilə biz Sizi seçdiyiniz sağanaqların müxtəlif variantlarında çəkə bilərik. Sonra bu variantlar Sizə monitorlarda nümayiş etdiriləcək, və Siz özünüzə kənardan baxaraq sağanaq seçə biləcəksiniz. Sistem, müxtəlif rəngli və aydınlaşdırıcı örtülü bu və ya digər linzaları sağanağa «mümkün qədər» yerləşdirməyə imkan verir. “Relaxed Vision” terminalın bir hissəsi sayılan bu konsultasiya proqramının köməyi ilə linzaların çeşidini nümayiş etdirmək və ondan ən uyğun gələni seçmək olar. Beləliklə, insan, eynəyinin necə olacağını və özünün bu eynəkdə necə görünəcəyini əvvəlcədən görə bilər. Yüksək ölçülmə dəqiqliyi sayəsində Sizin “Relaxed Vision Terminal” cihazının köməyi ilə seçdiyiniz eynəklər ilk dəfə geyildikdə, Sizin üçün dərhal maksimal dərəcədə rahat olacaq, yəni uzun müddətli uyğunlaşma dövrü istisnalıq təşkil edir. Yadda saxlayın ki, eynək uzun illər sizin yoldaşınız olur və sizin əhval-ruhiyyəniz, iş qabiliyyətiniz onun rahatlığından asılı olacaq.