|
ANAR
OPTİK salonları pasiyentlərin tez və keyfiyyətli
müayinəsini aparmaq, uşaqların, böyüklərin,
yaşlıların dəqiq göz diaqnozunu qoymaq
imkanı yaradan müasir diaqnostika aparatları
ilə təchiz edilib. Göz mürəkkəb
fotooptik, fizioloji sistemdir. Gözün optik sisteminin
ayrı elementlərinin müxtəlif ölçü
üsulları mövcuddur. Refraksiyanın dəqiq
müəyyən edilməsi refraktometr vasitəsi
ilə mümkündür. Bu məqsədlə
ANAR OPTİK-in mütəxəssisləri TOPCON
və NİDEK Yapon apparatlarından istifadə
edir. Refraktometrin köməyi ilə diaqnoz müəyyən
edilir və qoyulur: miosiya (yaxından görmə)
0-dan-25D-dək, gipermetropiya (uzağı görmə)
0-dan-25D-dək, presbiopiya (yaşla bağlı
dəyişikliklər), cərrahi müdaxilədən
sonra astiqmatizma (adi, qarışıq, mürəkkəb),
məsələn linza ilə və linzasız
katarakta (göz büllurunun bulanması), həmçinin
göz bəbəkləri arasında olan distansiyanın
ölçülməsi. Sonra reseptə uyğun,
eynək seçilir.
Ondan əlavə ANAR OPTİK firması TOPCON
firması tərəfindən olan keratometr və
biomikroskop apparatlarından istifadə edir. Keratometr
apparatının köməyi ilə həkimlər
buynuz təbəqəsinin özül əyriliyini
təyin edirlər, buda linzaların təyin olunmasında
mühüm əhəmiyyət kəsb edir. Biomikroskopla
buynuz təbəqəsi və buynuz təbəqəsindəki
vəziyyət müayinə olunur, əks təqdirdə
bu mürəkkəbləşdirməyə səbəb
ola bilər.
Görmə
qabiliyyətinin tədbiq edilməsi oftolmoloci
cədvəli əvəz edən cihaz-proyektordan
istifadə olunur. İdarə etmə pultun köməyi
ilə istənilən tədbiq etmə cədvəlini
tapmaq olar. Bilmək lazımdır ki, müxtəlif
növlü və ölçülü göz
korreksiyasının olmadığı və
gecikdirdiyi halda ambliopiya (fəaliyyətsizlikdən
görmə qabiliyyətinin azalması), iki gözlə
görmə qabilliyətinin pozulması kimi hallar
yarana bilər.
Bununla bağlı klinik refraksiyanın qabaqcadan
müəyyən edilməsi və vaxtı-vaxtında
optimal optik korreksiya vacibdir. Uşaqlarda da miopiya,
gipermetropiya və xüsusi ilə də astiqmatizmin
dəqiq diaqnostikası vacibdir.
Optika aləmində yeni.
RELAXED VİSİON TERMİNAL: MİNİMAL SƏYLƏ MƏRKƏZƏ UYĞUNLAŞMAİ
Əgər linzalar sağanaqda dəqiq quraşdırılmamışsa, Sizin yeni eynəkləriniz nə cür yaxşı ola bilər? Mərkəzə uyğunlaşma zamanı ümumi səhvlər eynək linzasında 40%-dən çox faydalı görünüşün itirilməsinə gətirib çıxarır. Sağanaqda eynək linzaların dəqiq mərkəzə uyğunlaşması - eynəklərin seçilməsi və göz həkimi tərəfindən reseptin yazılması anından - ustanın eynəkləri hazırlamasına qədər eynək üçün sifarişin yerinə yetirilməsi zəncirində vacib halqalardan biri sayılır.
«Carl Zeiss» şirkəti linzaların dəqiq mərkəzə uyğunlaşmasının sadə həllini təklif edir. Bundan sonra mərkəzə uyğunlaşma proseduru bizim üçün sadə və dəqiq olmuş, Sizin üçün yorucu olmamışdır. Sağanaqları çox geyib baxdıqdan sonra ən nəhayət optik-konsultantdan alınmış sağanağı nişanlamağa müştərinin praktik olaraq qüvvəsi qalmır. ANAR-OPTİKİN VİP-salonunda görə biləcəyiniz linzaların mərkəzə uyğunlaşdırılması üçün «Carl Zeiss» şirkətindən yeni alət - «Relaxsed Vision Terminal» («RV Terminal) cihazı bizə tez və düzgün nişan qoymaqda kömək edir.
- “Relaxed Vision” terminalının əsas funksiyaları:
- Eynək linzalar və sağanaqları üzrə məsləhət M
Proqressiv linzaların tez və dəqiq nişanlanmasından sonra bu cihazın köməyi ilə biz
sizə linza və sağanaqlar barədə ətraflı məsləhət verə bilərik.
“Relaxed Vision Terminal”-ın köməyi ilə məsələn, “Gradal Individual” və ya “Gradal Short” fərdi proqressiv linzaların sifarişi üçün lazım olan aşağıdakı məlumatlar bir neçə saniyə ərzində çıxarıla bilər.
- təpəarası,
- sağanağın mailliyinin pantoskopik tini,
- hər bir göz üçün ayrıca bəbəkarası məsafə.
Bununla yanaşı, biz Sizin seçdiyiniz sağanaqda onun bütün parametrlərini və bəbəklərin vəziyyətini müəyyən edə bilərik.
İndi isə biz videoməsləhətin funksiyası barədə ətraflı danışmaq istəyirik. “Relaxed Vision Terminal” cihazının köməyi ilə biz Sizi seçdiyiniz sağanaqların müxtəlif variantlarında çəkə bilərik. Sonra bu variantlar Sizə monitorlarda nümayiş etdiriləcək, və Siz özünüzə kənardan baxaraq sağanaq seçə biləcəksiniz. Sistem, müxtəlif rəngli və aydınlaşdırıcı örtülü bu və ya digər linzaları sağanağa «mümkün qədər» yerləşdirməyə imkan verir.
“Relaxed Vision” terminalın bir hissəsi sayılan bu konsultasiya proqramının köməyi ilə linzaların çeşidini nümayiş etdirmək və ondan ən uyğun gələni seçmək olar. Beləliklə, insan, eynəyinin necə olacağını və özünün bu eynəkdə necə görünəcəyini əvvəlcədən görə bilər.
Yüksək ölçülmə dəqiqliyi sayəsində Sizin “Relaxed Vision Terminal” cihazının köməyi ilə seçdiyiniz eynəklər ilk dəfə geyildikdə, Sizin üçün dərhal maksimal dərəcədə rahat olacaq, yəni uzun müddətli uyğunlaşma dövrü istisnalıq təşkil edir.
Yadda saxlayın ki, eynək uzun illər sizin yoldaşınız olur və sizin əhval-ruhiyyəniz, iş qabiliyyətiniz onun rahatlığından asılı olacaq.
|