
Əgər linzalar çərçivədə dəqiq quraşdırılmamışsa, Sizin yeni
eynəkləriniz nə cür yaxşı ola bilər? Mərkəzə uyğunlaşma zamanı ümumi səhvlər
eynək linzasında 40%-dən çox faydalı görünüşün itirilməsinə gətirib çıxarır. Çərçivədə
eynək linzaların dəqiq mərkəzə uyğunlaşması - eynəklərin seçilməsi və göz
həkimi tərəfindən reseptin yazılması anından - ustanın eynəkləri hazırlamasına
qədər eynək üçün sifarişin yerinə yetirilməsi zəncirində vacib halqalardan biri
sayılır.
«Carl Zeiss» şirkəti linzaların dəqiq mərkəzə uyğunlaşmasının sadə həllini
təklif edir. Bundan sonra mərkəzə uyğunlaşma proseduru bizim üçün sadə və dəqiq
olmuş, Sizin üçün yorucu olmamışdır. Çərçivələri çox geyib baxdıqdan sonra ən
nəhayət optik-konsultantdan alınmış çərçivəni nişanlamağa müştərinin praktik
olaraq qüvvəsi qalmır. ANAR-OPTİKİN VİP-salonunda görə biləcəyiniz linzaların
mərkəzə uyğunlaşdırılması üçün «Carl Zeiss» şirkətindən yeni alət - «Relaxsed
Vision Terminal» («RV Terminal) cihazı bizə tez və düzgün nişan qoymaqda kömək
edir.
Proqressiv
linzaların tez və dəqiq nişanlanmasından sonra bu cihazın köməyi ilə biz sizə
linza və çərçivələr barədə ətraflı məsləhət verə bilərik.
“Relaxed Vision Terminal”-ın köməyi ilə məsələn, “Gradal Individual” və ya
“Gradal Short” fərdi proqressiv linzaların sifarişi üçün lazım olan aşağıdakı
məlumatlar bir neçə saniyə ərzində çıxarıla bilər.
Bununla
yanaşı, biz Sizin seçdiyiniz çərçivədə onun bütün parametrlərini və
bəbəklərin vəziyyətini müəyyən edə bilərik.
İndi isə biz videoməsləhətin funksiyası barədə ətraflı danışmaq istəyirik.
“Relaxed Vision Terminal” cihazının köməyi ilə biz Sizi seçdiyiniz çərçivələri müxtəlif variantlarında çəkə
bilərik. Sonra bu variantlar Sizə monitorlarda nümayiş etdiriləcək, və Siz
özünüzə kənardan baxaraq çərçivə seçə biləcəksiniz. Sistem, müxtəlif
rəngli və aydınlaşdırıcı örtülü bu və ya digər linzaları çərçivəyə «mümkün qədər» yerləşdirməyə imkan
verir. “Relaxed Vision” terminalın bir hissəsi sayılan bu konsultasiya
proqramının köməyi ilə linzaların çeşidini nümayiş etdirmək və ondan ən uyğun
gələni seçmək olar. Beləliklə, insan, eynəyinin necə olacağını və özünün bu
eynəkdə necə görünəcəyini əvvəlcədən görə bilər. Yüksək ölçülmə dəqiqliyi
sayəsində Sizin “Relaxed Vision Terminal” cihazının köməyi ilə seçdiyiniz
eynəklər ilk dəfə geyildikdə, Sizin üçün dərhal maksimal dərəcədə rahat olacaq,
yəni uzun müddətli uyğunlaşma dövrü istisnalıq təşkil edir. Yadda saxlayın ki,
eynək uzun illər sizin yoldaşınız olur və sizin əhval-ruhiyyəniz, iş
qabiliyyətiniz onun rahatlığından asılı olacaq.